Əsas məzmuna keç

Qəzəl

Mən səni candan sevirəm, ey dilaramım mənim

Şah İsmayıl Xətai

1

Mən səni candan sevirəm, ey dilaramım mənim, Ol səbəbdən zarü giryan keçdi əyyamım mənim.

Gecəm ilən gündüzüm fərq edə bilmən, ey sənəm, Ruy ilən zülfin olubdur sübh ilən şamım mənim.

Ruzü şəb bülbül təki fəryadü zaridir işim, Ta yüzündən ayru düşdüm, ey güləndamım mənim.

Munca kim, cövrü cəfa çəkdim, mana yar olmadı, Ol sənəmsiz bilmənəm nolur sərəncamım mənim.

Bu Xətayi dünyada hüşyar olmaz bir zaman, Ta kim, ol peymaneyi-lə’lindürür camım mənim.

Lüğət: Dilaram – ürək dincliyi, gözəl; Şəb – gecə; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.