Mən sana daim çü yarəm, sən mana əğyarsən
Mən sana daim çü yarəm, sən mana əğyarsən, Məndən özgə cümleyi-üşşaqə sən dildarsən.
Görəyim, Allah səni badi-fənadən saxlasun Kim, cəhan bağında sən bir sərvi-xoş rəftarsən.
Çünki ol mahin cəmalın istəməzdin görməgə, Hər gecə, çeşmim, nədən kövkəb kimi bidarsən?
Ey pəri, çünkim təbibi-dərdi-eşq olmuş ləbin, Bəs nədəndir sən həmişə gözləri bimarsən?
Bu Xətayi saçların çinində çin-çin bağludur, Olmanam çindən pərişan çün mana ğəmxarsən.
Lüğət: Badi – fəna – fəna yeli; Çeşmi – giryan – ağlar göz; Kövkəb – ulduz; Çin – düz, doğru, qıvrım