Əsas məzmuna keç

Qəzəl

Mən ona naləylə izhari-qəmi-dil etmişəm

Məhəmməd Füzuli

1

Mən ona naləylə izhari-qəmi-dil etmişəm, Ağlaram, çün nalədən mən kam hasil etmişəm.

Qəlbimin, bax, naləyə meyl etməsi bica deyil, Mən onunla qəlbimə dildarı mayil etmişəm.

Heç bir aşiq yar üçün etməz mənim tək ahü zar, Nalələrlə mən işi üşşaqə müşkül etmişəm.

Nalələr yüksəlmiş hər an etdiyim bu nalədən, Ah edib səndən uzaq mən harda mənzil etmişəm?

Almasın yarım əlindən ta dili-avarəmi, Mən ciyər qanilə xaki-rahini gil etmişəm.

Tək rəqibin dərdini söylər, Füzuli dəmbədəm, Mən ölümdən ruhu mey zövqilə qafil etmişəm.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.