Mən öldüm, üstümə dildar gəlsin
Mən öldüm, üstümə dildar gəlsin, Açıb başın o sünbültar gəlsin.
Açıb nitq, eyləsin yoxdan təkəllüm, Tənimdə bir nəfəs ta var gəlsin.
Əgərçi ixtiyarı birlə gəlməz, Edin ol sərkəşi naçar, gəlsin.
Qılın əhvalımı cananə rövşən, Bu zülmatə o məhrüxsar gəlsin.
Ki şayəd rəf edə dərdi-sərimi, Əyağ əldə, meyi-sərşar gəlsin.
Dəhanimə nəfəs təşxisi üçün Tutub ayineyi-didar, gəlsin.
Cənazəm üstünə gəlsin imamım, Namazə Cəfəri-Təyyar gəlsin.
Bu təmiri-dil oldu xakə yeksan, Deyin təmirə ol memar gəlsin.
Əgərçi, bilmişəm gəlməz o gülrüx, Yanır narə, deyin, bu xar gəlsin.
Nolur, bari-xuda, bu xanəgahə Çıxıb ol şahidi-bazar gəlsin.
Görər əğyar ilə yarını ölməz, İlahi, Seyyidə bir ar gəlsin.