Əsas məzmuna keç

Qəzəl

Mən ol Musayi-Imranam ki, daim aşiqi-Turam

İmadəddin Nəsimi

1

Mən ol Musayi-İmranam ki, daim aşiqi-Turam, Və leykin xeyli müddətdir cənabından ki, məhcuram.

Riyayi-zöhdü təqvadan kəsildim çün bəqa buldum, Sözüm sirri-ənəlhəqdir, fəna darında Mənsuram.

Bu gün meyxanədə düşməz təmənnayi-şərab etmək, Məni saqi içiribdir, əzəldən məstü məxmuram.

Dəxi əksüklügüm yoxdur, şikayət etməzəm, billah, Həbibin asitanından budur eybim ki, mən duram.

Mənim korlar görə bilməz məqamım qansı aləmdir, Əgər viranədir könlüm, bəğayət gəncə mə’muram.

Qəmimdən ağlaram hər şəb, dəmadəm xun olur çeşmim, Nəsimiyəm ki, şövqündən iki aləmdə məhcuram.

______________________Milli Kitabxana_______________________

Lüğət: Zöhd – Asketizm; Bəqa – Baqilik; Həbib – Dost, sevgili; Bəğayət – Çox; Şəb – Gecə; Xun – Qan; Çeşm – Göz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.