Əsas məzmuna keç

Qəzəl

Mən ol məsti-liqayəm, gəldim imdi

Şah İsmayıl Xətai

1

Mən ol məsti-liqayəm, gəldim imdi, Həmişə ba xudayəm, gəldim imdi.

Cəhan içində bir aqil məni bil, Mən ol sidqü səfayəm, gəldim imdi.

Məni zinhar sən bir ğeyr bilmə, Haman ol dilrubayəm, gəldim imdi.

Münafiq caninə ba zərbi-şəmşir Bu gün həqdən bəlayəm, gəldim imdi.

Zi ğeyri-həq məni biganə bilgil, Behəzrət aşinayəm, gəldim imdi.

Məni bilgil həmişə vasili-həq, Zi ğeyri-həq cüdayəm, gəldim imdi.

Məğarib əhliçün övci-fələkdən Bemə’ni çün hümayəm, gəldim imdi.

Öküş canlar içün can almağa mən Xətayi can fədayəm, gəldim imdi.

Lüğət: Zinhar – saqın, aman; Münafiq – günahkar, düşmən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.