Əsas məzmuna keç

Qəzəl

Mən odam, rəsmi budur mənzilim olsun külxən

Məhəmməd Füzuli

1

Mən odam, rəsmi budur mənzilim olsun külxən, Deyiləm gül ki, tapam gülşən içində məskən.

Səni gördükdə unutdum özümü, çaşdı dilim, Əfv qıl, yoxsa sənə dərdimi açmazdım mən.

Var qılıncında məgər abi-həyatın əsəri, Öldürürsən məni, can çıxmayır asan təndən.

Sənə qurban dedi bu canı könül, xoşhaləm, Çünki can cismim arasında əmanətdi həmən.

Istərəm son qoyasan qəmlərimə tiğinlə, Atasan qanlı dənizdə məni bir sahilə sən.

Müşkülə düşdü işim, rəhm elə, çək xəncərini, Vur ki, sənsən, mənə bu müşkülü asan eləyən.

Anlamaz dilbərə meyl etmə, Füzuli, zinhar, Meylini bir bütə sal ki, ola əhvalı bilən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.