Əsas məzmuna keç

Qəzəl

Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm

İmadəddin Nəsimi

1

Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm, Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən, Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

Aləmül-qeybin süfatı məndən oldu aşikar, Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən, Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

Ümmühat ilən nə var abaya olmasa xələl, Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.

Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam, Talibi-didari-yaram, şadimanam, xürrəməm.

Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir, Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Ümmühat – Analar; Firdövs – Cənnət; Didar – Görüş; Üqba – O dünya

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.