Mən görmədim zəmanədə hüsnin kəmali tək
Mən görmədim zəmanədə hüsnin kəmali tək, Bu canə munis olmadı kehrin xəyali tək.
Zülmati-hicr içində bulunmaz susuzlara, Şol çeşmeyi-dodağının abi-zülali tək.
Çeşmi ağardı nöh fələkin, qəddi oldu xəm, Dövri-qəmərdə görmədi qaşın hilali tək.
Min yil yazarsa katibi-təqdiri-ləmyəzəl, Bir hərfü nöqtə yazmaz anın xəttü xali tək.
Yusif cahanə gəlmədi yar tək Xətayiyə, Yə’qubi-xəstə çəkmədi könlüm məlali tək.
Lüğət: Hüsn – gözəllik; Hicr – ayrılıq; Şol – o; Çeşmeyi – heyvan – dirilik bulağı; Abi – həyat – dirilik suyu; Zülal – saf su, sağlam, təmiz; Çeşmi – giryan – ağlar göz; Xəm – əyri, əyilmiş, bükülmüş; Qəmər – ay; Hilal – aypara; Katibi – təqdiri-ləmyəzl – Allahın qismət yazan katibi; Xətt – yanaq, yazı