Əsas məzmuna keç

Qəzəl

Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə

Seyid Əzim Şirvani

1

Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə, Gör ki, təsiri-nəfəs qıldı vəfadən tövbə.

Zülfi-müşkinüvə kim, nafeyi-Çin söyləmişəm Tövbə, ey gözləri ahu, bu xətadən tövbə.

Buriya üzrə oturma, bu riyadən bir usan, Oğlun ölsün, elə zahid, bu riyadən tövbə.

Təngdil etmiş imiş Xızrı qəmi-tənhayi, Dün gecə gördüm edib abi-bəqadən tövbə.

Yox imiş xəlvəti-yarə yolu, getdim gördüm, Eylədim həmdəmiyi-badi-səbadən tövbə.

Şürbi-mey, tövbə, müqəffa görünüb bir-birinə, Qorxma, mey iç, elə mən kimi qəfadən tövbə.

Hər işindən eləyə tövbə, yəqindir, Seyyid Çəkməz əl badədən, etməz bu ədadən tövbə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.