Mən buti-leyli əlindən olmuşam məcnun kimi
Mən buti-Leyli əlindən olmuşam Məcnun kimi, İştiyaqindən dəmadəm ağlaram məhzun kimi.
Çeşmeyi-çeşmim suyundan seyl dutdu aləmi, Munca gəlmişdir Fəratü Dəcləvü Ceyhun kimi.
Gər cəmalın əksini uyxudə gördü ayü gün, Şol xəcalətdən qızardı qeyrətindən xun kimi.
Xameyi-qüdrət ki, çəkdi arizin lövhində xətt, Xansı katib yaza bildi şol xəti-mövzun kimi.
Bu Xətayi bir gün almışdı ləbindən busələr, Gəldi çox günlər, vəleykin gəlmədi ol gün kimi.
Lüğət: Leyli – yelda – qışın ən uzun gecəsi; Çeşmeyi – heyvan – dirilik bulağı; Çeşmi – giryan – ağlar göz; Uyxu – yuxu; Şol – o; Xun – qan; Ariz – yanaq; Xətt – yanaq, yazı