Mələk ol sərvi-rəvanın qədinə salsa nəzər
Mələk ol sərvi-rəvanın qədinə salsa nəzər, Yaralı quş kimi göydən düşər, açmaz şəhpər.
Ey günəş, örtmə üzün, görmə rəva şəm kimi, Iliyim hər gecə atəşdə yana sübhə qədər.
Məclisin şəminə söz açma könül dərdindən, Sirrimiz qoyma ola xalq dilində əzbər.
Saf ürəkdirsə, bəla qabili, heyrət qılma Alışıb şəm rüxündən, yana ayinə əgər.
Üzünə zülfünü tökdün, ürəyim çırpındı, Sanki bir quşdu, yuvasına düşübdür əxgər.
Məqsədə səcdə ilə yol arama, ey zahid, Əyri ox düz hədəf almaz, xəbərin yoxdu məgər?
Sübhədək mehri-rüxündən ki, vurursan dəm onun, Qorx o dəmdən ki, Füzuli sala afaqa şərər.