Əsas məzmuna keç

Qəzəl

Məhşər günü görüm derəm, ol sərvqaməti

Məhəmməd Füzuli

1

Məhşər günü görüm derəm, ol sərvqaməti, Gər onda həm görünməsə, gəl gör qiyaməti.

Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir, Əlbəttə, bu işin çəkilir bir nədaməti.

Məcnun ki, padşahi-sipahi-vühuş idi, Mən tək müsəxxər etmədi mülki-məlaməti.

Səhranəvərd ikən, mənə təsviri-Kuhkən, Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.

Səngi-məlamət ilə çəkin çevrəmə həsar, Əşkim fənayə verməsin əhli-səlaməti.

Zahid, çox etmə tə’n mey üftadəsinə kim, Çoxları yıxdı piri-müğanın kəraməti.

Qəm zülmətində bulmağa dərdü bəla məni Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.

Lüğət: Sipah – ordu, qoşun; Vühuş – vəhşi heyvanlar. Z; Müsəxxər – istila edilmiş, itaətə gətirilmiş; Səhranəvərd – səhraları gəzən; Kuhkən – Fərhad; dağçapan; Səng – daş; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.