Əsas məzmuna keç

Qəzəl

Mehri-rüxün tabına düşdü könül yanədir

İmadəddin Nəsimi

1

Mehri-rüxün tabına düşdü könül yanədir, Şəm’ə düşən narına yansa gərək, ya nədir?

Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil, Şəm’inə gör canımı kim, necə pərvanədir?

Zülfü rüxün sirrini bilməyənə aydıram: Küfr ilə imanımız, Kə’bəvü bütxanədir.

Nəqşi-xəyalın məni nəqşü xəyal eylədi, Münkiri-eşqin gözü ikiligə yanədir.

Cami-səqahüm içər dilbər əlindən müdam, Kim ki, anın saqisi nərgisi-məstanədir.

Çünki vüsalınlayam leylü nahar, ey sənəm, Cami-Cəm uş məndədir, mülki-Süleyman nədir?

Lə’li-ləbinlə gözün mey içirərlər mana, Mən necə məst olmayam, çün iki peymanədir?

Dünyavü üqbayı mən vəslinə dəyişmişəm, Assisinə min başım can ilə şükranədir.

Eşqi-rüxün məskəni xəlvətidir könlümün, Gənci-həyatın yeri gör ki, nə viranədir.

Düşdü Nəsimi saçın həlqeyi-zəncirinə, Düşməyən ol həlqəyə, gör ki, nə divanədir.

Lüğət: Bədri – müəmməm – Əmmaməli ay; Münkir – İnkar edən; Cami – müsəffa – Saf şərab; Leyl – Gecə; Gənc – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.