Əsas məzmuna keç

Qəzəl

Mehri könlümdə nihan olduğun ol mah bilir

Məhəmməd Füzuli

1

Mehri könlümdə nihan olduğun ol mah bilir, Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.

Sorman ol mahilə hali-dilimi, Tanrı üçün, Biləli onu, özüm bilməzəm, Allah bilir.

Gah yüz lütf qılır, gah təğafül, guya Gah bilməz bu giriftarlığm, gah bilir.

Can fəda eyləməyi yara həmin mən bilirəm, Bu təriqi demə hər qafilü gümrah bilir.

Nəzəri-lütf diriğ etmə Füzulidən kim, Sənə sidqilə özün bəndeyi-dərgah bilir.

Lüğət: Gümrah – yolunu itirmiş, azğın. H; Diriğ – heyf; əsirgəmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.