Əsas məzmuna keç

Qəzəl

Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi

Məhəmməd Füzuli

1

Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi Ki, qıldın türfətül-eyn içrə qərqi-əşk dünyayi.

Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir, Deməz kim, gögdə nagəh incidə naləm Məsihayi.

Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma Nə mümkündür muradincə çəkilmək qaşları yayi.

Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq, Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi.

Görünməz yar, xəlq əşkim təmaşasinə cəm’ olmuş, Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi.

Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər, Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi.

Füzuli, zülfi sevdasın qələm tək başa salmışsan, Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi.

Lüğət: Əşk – göz yaşı; Aşiyan – yuva, sığınacaq yeri

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.