Məgər ki, quş dilin anlar qızıl gül
Məgər ki, quş dilin anlar qızıl gül Ki, dinlər ahü zar etdikcə bülbül.
Gülün qəlbi məgər yoxdur ki, bunca Edər bülbüllər ahinə təhəmmül.
Tapar məşuq şöhrət aşiq ilə Kömək etməz ona cahü təcəmmül.
Nigarım, kəsmə məndən iltifatın, Bu aşiqdən yetər, etmə təğafül.
Gər istərsən açılsın könlümüz, sən Dağıt zülfün üzarə, qıl səlasil.
Dözən dərdə çatar səbr ilə kamə, Təvəkkül bağçasından ol dərər gül.
Füzuli, işdə tədbirə əl atma, İşə iqdam edərkən qıl təvəkkül.