Əsas məzmuna keç

Qəzəl

Məcnunla mənim dərdimin əfsanəsi birdir

Məhəmməd Füzuli

1

Məcnunla mənim dərdimin əfsanəsi birdir, Söz ayrısa da, aşiqi-divanəsi birdir.

Sinəmdəki oxları dedim çək, yeni bir ox Vurdun, dedin: al, oxlarımın xanəsi birdir.

Cütdür qaşının tağı, verər çöhrənə ziynət, Hüsni-xətinin zivəri, xal danəsi birdir.

Kimdir əlifə oxşadan ol qəddi, əliflə Sərvin məgər ol qaməti-şahanəsi birdir.

Qəlbim səni tək tutdu, əzizdir yerin onda, Qiymətli sədəfdir ki, o, dürdanəsi birdir.

Bülbül kimi könlüm quşu güldən gülə qonmaz, Aşiq odur aləmdə ki, cananəsi birdir.

Ahım başım üstündə çadır qurdu, Füzuli, Ta söyləyələr çərx ilə kaşanəsi birdir.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.