Əsas məzmuna keç

Qəzəl

Məclis əhli çaxır içəndə dutar əldə əyağ

Şah İsmayıl Xətai

1

Məclis əhli çaxır içəndə dutar əldə əyağ, Sanasan bir şəm’dir kim, üstə yanır bir çırağ.

Gülşəni-məclisdə bir şux pəridir, dilrüba, Sanasan bir lalədir, bağrında anın dürlü dağ.

Dustkam olsun həmişə ol berəğmi-dustan, Oldu məclisdə müşərrəf busə səndən solu sağ.

Müşki-ənbər məcməridir, yoxsa cami-meydürür, Buyi-xubindən anın daim müəttərdir dimağ.

Mehr ilən yari ki, gəlmişdir zi gülşən yadigar, Bu Xətayi xəstədildir xaki-ol məhruyi-bağ.

Lüğət: Şux – gözəl; Dilrüba – gözəl, könülalan; Müəttər – ətirli; Dimağ – burun, beyin; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.