Əsas məzmuna keç

Qəzəl

Mə’anilü sözün dürri-səmindir

İmadəddin Nəsimi

1

Mə’anilü sözün dürri-səmindir, Bəyanın məhbiti-ruhüləmindir.

Rəvan oldu zülali-nəzmü nəsrin, Şərabi-kövsərü mai-məindir.

Kəlamın mö’cüzü zahirdir, amma Dürəfşan məntiqin sehrafərindir.

Sana tiğü qələm Bəhram ilə Tir Müsəlləm qıldılar, bürhan mübindir.

Vücudun cövhəri rütbətdə nafe’ Mükərrəm əslü fərri maü tindir.

Yəqin oldu ki, bulmuşsan hidayət, Dəlilin çün hüda lil-müttəqindir.

Yəqinsiz olmaz iman əhli, niçün Ki, iman, həq buyurdu kim, yəqindir.

Yəqin çün səndədir, mö’min sən oldun, Sən ol mö’min ki, mö’min əhli-dindir.

Nəsiminin təhiyyatü salamı Ələl-əhbabəhu vəl-aşiqindir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şərabi – nab – Saf şərab; Tir – Ox; Müsəlləm – Mübahisəedilməz; Bürhan – Dəlil, sübut; Hidayət – Doğru yolda rəhbərlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.