Əsas məzmuna keç

Qəzəl

Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib

Seyid Əzim Şirvani

1

Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib, Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.

Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə, Salmağa tazədən ol müğbəçə samanə gəlib.

Meydə yox ləli-ləbində olan asari-səfa, Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib.

Vərəqi-arizi-alın görüb ol lalə rüxün, Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.

Demərəm adını mən, bax səri-hər beytə bu gün, Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.