Əsas məzmuna keç

Qəzəl

Mana dərdü bəlalər yaxşı gəldi

Şah İsmayıl Xətai

1

Mana dərdü bəlalər yaxşı gəldi, Sana zövqü səfalər yaxşı gəldi.

Sana xoş oldu, yarın yar boldu, Mana ol aşinalər yaxşı gəldi.

Sənin yüz qiymətin bir pula düşdü, Mana bu pürbəhalər yaxşı gəldi.

Mən ol pərvanə tək həsrət odunda, Sana şəm’i-ziyalər yaxşı gəldi.

Sana cövrü cəfa bolsun müsəlləm, Mana əhli-vəfalər yaxşı gəldi.

Xətayi vəslə yetdi çinü təhqiq, Sana yardan xətalər yaxşı gəldi.

Lüğət: Pürbəha – dəyərli, qiymətli; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.