Əsas məzmuna keç

Qəzəl

Mana cövrü cəfa qılmaq degil, cananələrdəndir

Şah İsmayıl Xətai

1

Mana cövrü cəfa qılmaq degil, cananələrdəndir, Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.

Mənim tək aşinayi yad qıldın, ey tərəhhümsiz, Fələkdən görməzəm anı, qamu biganələrdəndir.

Fədadır bil yəqin billah, yolunda cani-şirinim, Cəmalın şəm’inə hər dəm yanan pərvanələrdəndir.

Xəbər dutmaz həqiqətdən riyayi zahidin fəhmi, Anın fikri əcayib qissəvü əfsanələrdəndir.

Xətayi, nəzmi-əş’arinə yüz min afərin gəlsin Ki, aqillər xəyalından degil, divanələrdəndir.

Lüğət: Cövr – zülm; Tərəhhüm – rəhm etmək, birisinə acımaq; Qamu – hamı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.