Əsas məzmuna keç

Qəzəl

Mai-təhuru bil kim, həqdən bu gün nidadır

İmadəddin Nəsimi

1

Mai-təhuru bil kim, həqdən bu gün nidadır, Yovmül-məzidi gör kim, məscidi-pürsəfadır.

Həqdən həqi gəl istə, həq ilə vasil ol kim, Həq və’də verdi çünkim, cüm’ə günü liqadır.

Əvvəl bu nəfsini bil, ardınca rəbbini bil Kim, kəndi gəldi həqdən, mənbərdə Mustafadır.

Sultani-arifinin qövlüdürür inan kim, Yarın ləbindən içmək la-ibtida bəqadır.

Həqqil-yəqini gördüm, vüslətə vasil oldum, Cümlə murada irdim, gör kim, nə xoş ətadır.

Zərqü riyası çoxdur, sufi sözünə uyma, Niçün ki, daim işi təzvir ilə riyadır.

Misri Nəsimi buldu, Qur’an imamı oldu. Came’də cüm’ə qıldı, məqbuli-kibriyadır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Yarın – Səhər; Bəqa – Baqilik; Zərq – Hiylə, yaltaqlıq; Təzvir – Hiylə; Kibriya – Böyüklük, əzəmət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.