Əsas məzmuna keç

Qəzəl

Mahimi gördüm ki, yüzindən niqab almış gedir

Şah İsmayıl Xətai

1

Mahimi gördüm ki, yüzindən niqab almış gedir. Pərtövi-nurindən anın afitab almış gedir.

Dövri-hüsnindən anın, ey yaşlu çeşmim, uymagil Kim, şəbi-zülfindən anın ruz xab almış gedir.

Dilbərim cami-şərab içmiş, eşitdim nəql içün Aşiqi-dilxəstə bağrından kəbab almış gedir.

Ol pəri gedəndə aləm necə heyran olmasun, İşvəvü kirişməvü nazü itab almış gedir.

Ol sənəm rə’na gedir, yer üstə çəkmiş damənin, Bu Xətayi xəstə ol yerdən türab almış gedir.

Lüğət: Niqab – üz örtüyü; Çeşmi – giryan – ağlar göz; Xab – yuxu; İtab – acıq, danlama; Damən – ətək; Türab – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.