Əsas məzmuna keç

Qəzəl

Mahi-tabandır üzün, ey afitabi-xavəri

İmadəddin Nəsimi

1

Mahi-tabandır üzün, ey afitabi-xavəri, Təl’ətindən münfəildir şəmsü mahü Müştəri.

Zöhrədir alnın, nigara, qaşların qövsi-qüzeh, Xətti-səbzin zülfün ilə Cəbrəilin şəhpəri.

Ərşi-ə’zəmdir cəmalın, sidrə boyun, ey günəş, Surətin cənnati-ədnin, ləblərindir kövsəri.

Müshəfi-həqdir üzün mə’ni içində bixilaf, Zülfü qaşü kirpigindir ol kitabın xətləri.

Görk içində fərdi-yektasan, əya məhbubi-dil, Şol cəhətdən səcdə qıldı hüsnünə hurü pəri.

Dil bəri qıldım sənin qeyrindən, ey can parəsi, Anın üçün, çün sən oldun xəstə könlüm dilbəri.

Ey Nəsimi, səcdə qıl hüsnünə qarşu dilbərin, Çünki, xublar surətidir həq-təala məzhəri.

Lüğət: Mahi – Balıq; Afitab – Günəş; Münfəil – Pərt olmuş, utanmış; Sidrə – Lotos; Müshəf – Kitab; Dil – Ürək; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.