Lütf edir bəzən mənə, bəzən edir cövrü cəfa
Lütf edir bəzən mənə, bəzən edir cövrü cəfa, Şuxluğu ol mahin hər dəm eyləyir bir iqtiza.
Gah o növrəs göstərir kakil mənə, gah zülfünü, Çəkdirir hər an necə gör bir yeni dərdü bəla.
Var yüz-yüz mübtəlası, lakin ol sərkəş pəri Halını sormaz, düşünməz hardadır bir mübtəla.
Aşiqəm, yoxdur sənin kuyində özgə bir yerim, Hər kəsə bu dəhrdə bir yer verər zövqü səfa.
Ol vəfasız heç mənə mehrü vəfa vəd etməyir, Vəqt çatıb, öz vədinə etsin gərək artıq vəfa.
Qana dönsün bü könül, ya Rəb, aparmış səbrimi, Arizu eylər o hər dəm başqa dürlü dilrüba.
Hakim-təqdirin hər an başqa cür bir hökmü var, Kim ona zidd olsa, şəksiz, eyləyər cürmü xəta.
Bir qulam ləli-ləbi-yarə, Füzuli, ol təbib Hər könüldə dərd görsə, eyləyər, əlbət, dəva.