Əsas məzmuna keç

Qəzəl

Ləzzəti olmaz vüsalın dərdi-hicran, olmasa

Məhəmmədəli Şəfai

4

Ləzzəti olmaz vüsalın dərdi-hicran, olmasa, Gül açılmaz, qönçələr gülməz, zimistan, olmasa,

Göz yaşım seylab tək axmaz, bilinməz sirri-eşq, Həsrəti-ruyunla ta qəlbim qızıl qan, olmasa.

Şövqi-vəslinlə yaşar hicrində aşiqlər bütün, Kim dözər ol müşkülə ümmidi-asan, olmasa.

Mən dedim: canana can verməkdədir, zövqi-həyat, Bilməyənlər söylədi: canan nədir, can olmasa.

Zülfünə məhrəm olub, tapmaz bu şəni, şanələr, Ta ki, yüz yerdən könüllər tək o şan-şan, olmasa.

Kiprigin yağdırsa oxlar, köz-köz olsam, ölmərəm, Qətlimə ta qaşlarından hökmü fərman, olmasa.

Tənə daşı cismivi xoşdur Şəfai, etsə xak, Un olub, qiymətli olmaz dən, dəyirman, olmasa.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.