Leylətül-qədrin səvadı zülfi-pürtabındadır
Leylətül-qədrin səvadı zülfi-pürtabındadır, Vəzzühanın afitabı üzü məhtabındadır.
Ey xumarlı gözlərində fitnəyi uyur sanan, Gözləri şol fitnədir kim, fitnəsi xabındadır.
Zülhəyat oldu ləbindən Xızrü Isa layəmut, Gör bu qüdrət mö’cüzü kim, lə’li sirabındadır.
Surəti, yarəb, nə müshəfdir bu hüsnün surəsi Kim, məlahətdən nə kim, dersəm anın babındadır.
Gərçi rəncur oldu şirin ləblərin eşqində can, Həm şəfası şol dodağın qəndü innabındadır.
Gözləri meyxanədir anun, üzü Beytülhəram, Gör bu beytullahı kim, meyxanə mehrabındadır.
Abi-heyvanın mizacı kövsərin xasiyyəti, Səlsəbilin zövqü yarın lə’li-cüllabındadır.
Ey soran mə’şuqunun əsrarını naməhrəmə, Gər bu razın məhrəmisən, üştə əhbabındadır.
Bəhri-eşqin sirrini arif bilir, sor arifə Kim, bu sirri ol bilir kim, canı qərqabındadır.
Türrəsində zülfünün aşüftə könlüm çəkdigin, Şol pərişanhala sor kim, könlü qüllabındadır.
Gülşəkər bazarə gəlməz, bal utanır, qənd ərir, Şol həlavətdən ki, yarın şəkkəri-nabındadır.
Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi, Cümlə əsmanın hürufu eyni-əlqabındadır.
Lüğət: Afitab – Günəş; Şol – O; Layəmut – Ölməz; Müshəf – Kitab; Yarın – Səhər; Əsrar – Sirlər; Bəhr – Dəniz; Aşüftə – Dağınıq, həyəcanlı; Künyə – Ləqəb; Əsma – Adlar