Əsas məzmuna keç

Qəzəl

Lə’lindən axır, ey can, çeşməyi-abi-heyvan

İmadəddin Nəsimi

1

Lə’lindən axır, ey can, çeşməyi-abi-heyvan, Gəl Xızra sor kim, içdi olduvü məstü heyran.

Səni bu hüsn ilə ey, kim gördü yerdə, göydə, Bu lütf ilə sənə can həqdən irişdi bürhan.

Vəslin həyatı gəldi, əyyami-vəsl irişdi, Firqət vüsala döndü, getdi bu acı hicran.

Hüsnün təcəllisindən düşdü cahana şö’lə, Ey pərtövi-xudayi, sənsən çü nuri iman.

Doğdu günəş camalın nuru cahan içində, Aləmdə şək deyil ki, sənsən çü mahi-taban.

Dünyavü üqba, ey can, hüsnünə valeh oldu, Mə’şuqədən çü irdi həm lütf ilə, həm ehsan.

Səb’ülməsani oxur hər dəm üzün günündə, Hüsnündə öylə bil ki, aşkara oldu Qur’an.

Çün xubların əmiri sənsən, Nəsimi, imdi Sənsən cahan içində bu gün əmiri-xuban.

Lüğət: Çeşməyi – heyvan – Dirilik bulağı; Bürhan – Dəlil, sübut; Pərtöv – Işıq, parıltı; Mahi – Balıq; Üqba – O dünya

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.