Əsas məzmuna keç

Qəzəl

Lə’lin şərabı şərbəti-kövsər degilmidir?

İmadəddin Nəsimi

1

Lə’lin şərabı şərbəti-kövsər degilmidir? Üzün çırağı mehri-münəvvər degilmidir?

Nuri-əla ki, həq dedi nuri-ələl-yəqin, Rüxsarın üzrə zülfi-müənbər degilmidir?

Ey daşavü türaba deyən qiyməti-göhər, Insan bu hüsni-lütf ilə gövhər degilmidir?

Ey həsrətin zərilə göhər, istə mə’rifət, Insanda mə’rifət göhərü zər degilmidir?

Surətdə ey deyən ki, münəzzəhdürür, ilah, Gəl həqqə baxü gör ki, müsəvvər degilmidir?

Ta görmüşəm camalını, mənzurum oldu həq, Həqqi görən nəzər ulu mənzər degilmidir?

Mən nazirəm nigarəvü arif qatında bu, Billah ki, xub nazirü münzər degilmidir?

Şirin ləbin ki, həq ana ruhülqüdüs dedi, Cənnətdəki şərab ilə kövsər degilmidir?

Aydır mana ki, nəqdini ver nisyəyə fəqih, Heyvandan ol ülaikə kəmtər degilmidir?

Dövri-qəmərdə mərkəzi aşubü fitnənin, Mişkin saçınla xali-müdəvvər degilmidir?

Lə’lin kimi Məsih dəmi mö’tədil mizac, Hərgiz vücuda gəlmədi, cövhər degilmidir?

Surətdə gərçi adı bəşərdir Nəsiminin, Mə’nidə gör ki, zati-mütəhhər degilmidir?

Lüğət: Münəvvər – Nurlu; Qiyməti – ərzan – Baha qiymət; Zər – Qızıl; Müsəvvər – Təsvir edilmiş; Xub – Yaxşı; Qəmər – Ay; Hərgiz – Hələ

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.