Lə’li-nabın çeşməsində abi-heyvan gizlidir
Lə’li-nabın çeşməsində abi-heyvan gizlidir, Dürci-yaqutunda, ey can, dürrü mərcan gizlidir.
Ləblərin şirin dəhanın gərçi əvvəl rəmz ilə Açar əsrarın vəlakin, sirri-pünhan gizlidir.
Canımın canı qəmindir, şol səbəbdən, ey nigar, Şad olur canım ki, canda daim ol can gizlidir.
Şol xədəngi-qəmzəni kim, canıma urdu gözün, Qan gedər yürəkdən, amma zəxmi-peykan gizlidir.
Ənbərin zülfündə üzün gizlənirsə, nə əcəb, Şəb niqabında həmişə mahi-taban gizlidir.
Ey təbibi-ami, əl çək çarə qılmaqdan mana, Aşiqin canında daim dərdi-canan gizlidir.
Qane oldu dərdilə səndən Nəsimi, ey nigar, Şol səbəbdən kim, sənin dərdində dərman gizlidir.
Lüğət: Dürc – Mücrü; Dəhan – Ağız; Əsrar – Sirlər; Şol – O; Zəxm – Yara; Şəb – Gecə; Mahi – Balıq