Əsas məzmuna keç

Qəzəl

Ləblərin yadi ilə didələrim qan doludur

Şah İsmayıl Xətai

1

Ləblərin yadi ilə didələrim qan doludur, Ağlamaqdan ətəgim lə’l ilə mərcan doludur.

Səri-kuyində nə ğəm, nalə qılursa dilü can, Yüzü gül gülşən ara bülbüli-xoşxan doludur.

Gər şikayət edəyim qaşı yayı oxudin, Hər yana sancıla sinəmdə bu peykan doludur.

Buyi-zülfin gətirir yadimə badi-səhəri, Canü dil bağçasıda müşk ilə reyhan doludur.

Ey Xətayi, özüni xak edə gör pak olasan, Mənlik etmə ki, cahan əhlinə ürfan doludur.

Lüğət: Peykan – oxun ucu; Badi – fəna – fəna yeli; Dil – ürək; Xak – torpaq; Ürfan – mistika, bilik, Allahı anma

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.