Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın
Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın, Qaşın meyli üzini qiblədən döndərdi mehrabın.
Girehlər oldu canım riştəsi təsbih tari tək, Mənə gör netdi axır arizuyi-zülfi-pürtabın.
Ayağın tozuna üz sürməyə verməz səba rüxsət, Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirabın.
Səba, ol zülf təprəndikcə təşvişim ziyad eylər, Saqın, təprətmə kim, bağrımdadır başı bu qüllabın.
Dərü divarinə küstax üz sürmüş deyib, gərdun Üzini gecələr sürtər yerə ta sübh mehtabın.
Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən, Həbibim, bunca həm rəğıbət nədir zəcrinə əhbabın!
Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər, Sanır kim, iltifatı rəhm olur qurbanə qəssabın.
Lüğət: Rəşk – həsəd, qısqanmaq; Təlx – acı; Qüllab – çəngəl, qarmaq; Küstax – həyasız, sırtıq. Q; Gərd – toz; Əhbab – dostlar