Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi, Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Sənə əksin müqabil durduğiçün hüsn lafilə Onu cam içrə qeyrət qərqeyi-girdabi-xun etdi.
Özün nisbət qılırdı zülfünə zəncir hər saət, Bu sevdalər onu sərhəlqeyi-əhli-cünun etdi.
Onun tək kim, pərişanlıq ziyasın artırır şəm’in, Mənə gövrün ziyad olmaq, sənə meylim füzun etdi.
Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz, Ona cadu gözün guya ki, tə’limi-füsun etdi.
Bəqayi-surəti-Şirin üçün tovfiq me’marı, Binayi-eşqi-Fərhadın əsasın Bisütun etdi.
Füzulidən səbatü səbrü cövrü qəhr az istə Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi.
Lüğət: Cünun – dəlilik, divanəlik; Füzun – artıq. G; Füsun – ovsun; Zəbun – düşkün, aciz, zəif