Əsas məzmuna keç

Qəzəl

Ləbi-ləlindən uzaq istəmərəm abi-həyat

Məhəmməd Füzuli

1

Ləbi-ləlindən uzaq istəmərəm abi-həyat, Oldu ağ günlərimiz şami-qəmindən zülmat.

Verdiyin qəm aparıb səbrimi, dilbər mələyim, Qalmayıb qəmdən, inan, qəlbdə bir səbrü səbat.

Səndə axtarmaq əbəsdir, gözəlim, mehrü vəfa, Bilirəm çünki sənin zatına yaddır bu süfat.

Bağlayıbdır məni zənciri-bəla həlqələri, Qəlbimə gəlməz, inan, zərrəcə bir fikrü nicat.

Eşq mülkündə fəqirəm, sən onun sultanı, Mənə rəhm eylə, əzizim, sənə vacibdi zəkat.

Olmuşam öylə zəif, bəhsə girişsəm də əgər, Eyləyə bilmərəm öz varlığımı mən isbat.

Vaxt çatıbdır ki, Füzuli ola qəmdən azad, Nə qədər dərd ilə, qəmlə keçəcəkdir bu həyat?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.