Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm
Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm, Salmanam gövhəri xak içrə, nihan eyləmənəm.
Bilmənəm sud özümə çarsuyi-aləmdə, Hansı bir sudi ki, eşqində ziya eyləmənəm.
Ləbi-ləlinlə ki, bir sirri-nihanım var idi, Gedərəm xakə mən ol sirri bəyan eyləmənəm.
Qanımı tökdü ləbin, dişlədim axdı qanı, Elə bildin, sənəma, qanıma qan eyləmənəm.
Qorxuram yatmayalar itləri fəryadımdan, Gecələr mən dəxi ol kudə fəğan eyləmənəm.
Sirri var, annamışam, yoxdu dəhanından əsər, Mən yəqin əhliyəm, əlbəttə, güman eyləmənəm.
Hansı bir fəsldi kim, ey güli-rəna, sən üçün Gözümü əbr kimi əşkfəşan eyləmənəm.
Hansı bir sərvdi kim, qamətüvün yadı ilə Qoparıb əşkim ilə, suya rəvan eyləmənəm.
Seyyida, bəsdi dilə eşqi-xudavəndi-əhəd, Meyli-xubani-dilazari-cahan eyləmənəm.