Əsas məzmuna keç

Qəzəl

Lalə üzlü o gözəlsiz yerim olmuş külxən

Məhəmməd Füzuli

1

Lalə üzlü o gözəlsiz yerim olmuş külxən, Eşq odunda yanıb axırda külə döndüm mən.

Kuyinin gülşəninin, gül üzünün həsrətiyəm, Könlümü açmaz, odur vəchi, nə gül, nə gülşən.

Istərəm ölmək ilə qəmdən olam bəlkə xilas, Öldürərsə məni qəmdən, gəzib əğyar ilə sən.

Bənzərəm vadiyi-eyməndə yanar bir ağaca, Hər gecə kuyin olar qəlbim odundan rövşən.

Bir məni zülf kəməndinə əsir eyləmədin, Bilirəm, çoxlarının boynuna düşmüş bu rəsən.

Yetməmiş kamə, Füzuli, qəminə qalmaz yar, Ah, o qəmdən ki, yetər kamə onunla düşmən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.