Lalə qəlbin yaxıb eşqin, onu sevdaya salıb
Lalə qəlbin yaxıb eşqin, onu sevdaya salıb, Əridib şəmi məhəbbət odu, qovğayə salıb.
Zülfünün ətrini dərk eylədi ahuyi-xütən, Şərmdən nafeyi-mişkinini səhrayə salıb.
Uyğu məhrum eləyirdi məni gül çöhrəndən, Öldürüb göz yaşım axır onu, dəryayə salıb.
Gül yanağın həsədi bağladı bütxanələri, Ahimin atəşi min lərzə Məsihayə salıb.
Ağzın açdıqda, sədəf tək düzülər incilərin, Yüz düyün zöhdüm ilə rişteyi-təqvayə salıb.
Ah oxundan, görünür, çərx xilas olmaq üçün Cəm edib eşqü qəmin bu dili-risvayə salıb.
Ey Füzuli, dəxi gülzardə baxmaz sərvə, Nəzərin kimsə ki, ol qaməti-rənayə salıb.