Kuyinin sakiniyik biz, diri olsaq nə qədər
Kuyinin sakiniyik biz, diri olsaq nə qədər, Xaki-kuyəm, başımız göylərə yüksəlsə əgər.
Tifldir sevgilim, artır günü-gündən hüsnü, Ah, əgər hüsnü kimi artsa da qəlbimdə kədər.
Kimsə məhbublərin qədrini bilməz biz tək, Onlar, əfsus, bizim qədrimizi etdi hədər.
Yenə də çərx onun xəttü səri-zülfü ilə Bizə verdi saralan çöhrə ilə dideyi-tər.
Mən’ idi bütlərə səcdə, görərək gül üzünü, Vacib etdi büt üçün səcdəni el şamü səhər.
Zülfünün şövqü könül daminə bağlandısa da, Vermədi tüstü bu xaşak ona düşdükcə şərər.
Məni rahi-ədəmə çəkdi xəyali-dəhənin, Mən tək aşiq hanı aləmdə, Füzuli, göstər.