Kuyinə getdim, baxam bir dəm o gül rüxsarə mən
Kuyinə getdim, baxam bir dəm o gül rüxsarə mən, Eylə risva qıldı, oldum xar mən, biçarə mən.
Yay kimi çatdı qaşın, çəp baxdı, tabım qalmadı, Göz açıb bir an baxam ol şivəli dildarə mən.
Tünd baxışlardan rəqiblər qorxaraq qaçmış uzaq, Tək rəqibim ol baxışlardır ki, yetməm yarə mən.
Yer tutub qəlbimdə bir gül, qorxuram ətrin duya, Ol səbəbdən vermərəm yanımda yer əğyarə mən.
Zəfi-cismimdən könül tab etmədi sevdasına, Bağlanıb qaldım əsir ol türreyi-tərrarə mən.
Sən də, ey can, tərk qıl qəmdən bükülmüş cismimi, Etmişəm təslim onu bir arizi-gülnarə mən.
İncəlib sevdayi-zülfünlə xəyalə dönmüşəm, Var yeri girsəm, Füzuli, hər dili-xunbarə mən.