Əsas məzmuna keç

Qəzəl

Kuyin sənin ki, rövzeyi-darüssəlamdir

Şah İsmayıl Xətai

1

Kuyin sənin ki, rövzeyi-darüssəlamdir, Mehrab qaşların ana, çeşmin imamdir.

Hiç bilməzəm bu dünyada əyyami-ruzigar, Ruy ilə zülfiniz mana sübh ilə şamdir.

Bədnam qılma könlümi, aşiq deyib, həsud, Aləmdə eşq adı beylə nik namdir.

Yar məclisində badəvü cam istəmən müdam Kim, gərdəni sürahi, anın lə’li camdir.

Mən’ eyləmə Xətayi kəlamini, ey rəqib, Bax dəftərinə: sözləri nəzmü nizamdir.

Lüğət: Rövzeyi – darüssəlam – cənnət bağı; Darüssəlam – dinclik evi, cənnət; Nəcəf şəhərinin adı; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Çeşmi – giryan – ağlar göz; Nik – yaxşı; Müdam – davamlı, həmişə; Sürahi – uzun boğazlı şərab şüşəsi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.