Əsas məzmuna keç

Qəzəl

Küntə kənzin sirrini izhar edər madam dəm

İmadəddin Nəsimi

1

Küntə kənzin sirrini izhar edər madam dəm, Kim degil ol adəmi kim, yoxdur anda dam dəm.

Nəfxeyi-İsa dəmi dəmdir, dirildir adəmi, İstər isən ol dəmi, al dünyasından kam kəm.

Kim ki, mir’atın müsəffa qıldı ol didariçin, Liməallahın rümuzun qıldı istifham həm.

Aşiqə meyxanə küncündən gəlir ilhamü vəcd, Sufiyə məscid qucağından gəlir peyğami-qəm.

Nəhnü zərrəqna günündə qismət olmuş hər kimə, Zahidə səccadəvü təsbih, rində cami-Cəm.

Ey Nəsimi, qılma də’vət zahidi sən eşqə kim, Bu məsəl rövşəndürür kim, olmaz imiş xam xəm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Kənz – Xəzinə; Dam – Tələ; Kəm – Az; Mir – Ağa; Rümuz – Rəmzlər S; İstifham – Sual, xahiş; Peyğam – Məktub; Cami – müsəffa – Saf şərab

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.