Əsas məzmuna keç

Qəzəl

Kuhkəndən gözükür kuhdə asar hənuz

Məhəmməd Füzuli

1

Kuhkəndən gözükür kuhdə asar hənuz, Ol nə bənzər mana, anın əsəri var hənuz.

Çəkdi Məcnun ayağın badiyədən, leyk verir Qanlı güllər, ayağından çəkilən xar hənuz.

Vadiyi-eşqdə sevda ilə sərgəştə idim Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.

Nöqteyi-xalinə bağılanmış idi canü könül, Gəzmədən daireyi-dövrdə pərgar hənuz.

Mahə çəkdim şəbi-hicran ələmi-şö’leyi-ah, Ah kim, olmadı ol mah xəbərdar hənuz.

Naleyi-zarım ilə xəlqə həram oldu yuxu, Qarə bəxtim yuxudan olmadı bidar hənuz.

Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva, Bu Füzuli ələmi-hicr ilə bimar hənuz.

Lüğət: Kuhkən – Fərhad; dağçapan; Sərgəştə – avara, heyran; Dəvvar – dövr edən, fırlanan, hərlənən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.