Əsas məzmuna keç

Qəzəl

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib

Məhəmməd Füzuli

1

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib, Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib.

Qaşların yayi bir ox lütf eyləmiş hər aşiqə, Mən həm ondan eylərəm bir ox təmənna, ya nəsib.

Tutiyayi-xaki-payin feyzinə yol bulmasam, Nuri-çeşmim, eyb qılma, kor olur derlər qərib.

Müztəribdir çareyi-dərdimdə, vəh kim, bilməyib, Bir dəvasız dərdə uğratmış özün miskin təbib.

Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr, Gəl gör, ey gül, kim, giriftari-qəfəsdir əndəlib.

Ey mənə səbr et deyən, hali-dilimdən bixəbər, Eşq olan yerdə nədir aram, ya neylər şəkib?

Ey Füzuli, incimə səndən təğafül qılsa yar, Rəsmdir kim, göstərə əhbabə istiğına həbib.

Lüğət: Kuhkən – Fərhad; dağçapan; Müztərib – iztirablı, narahat. N; Vəh – aydınlıq, aşkarlıq; Bərqi – lame’ – ildırım; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.