Əsas məzmuna keç

Qəzəl

Kuhkən künd eyləmiş min tişəni bir dağilən

Məhəmməd Füzuli

1

Kuhkən künd eyləmiş min tişəni bir dağilən, Mən qoparıb salmışam min daği bir dırnağilən.

Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb, Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.

Gərdi-rahin verməsə göz yaşinə təskin, nola. Tutmaq olmaz böylə seylabın yolun toprağilən.

Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü, Qılmaq olmaz sud sövdadə yaman ortağilən.

Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam Kim, ona cənnət quşu yetməz min il uçmağilən.

Lüğət: Kuhkən – Fərhad; dağçapan; Düşvar – çətin, müşkül. E; Gərd – toz; Seylab – sel; Sud – fayda, qazanc

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.