Könüldə gizli olan dərd odum alışmış əgər
Könüldə gizli olan dərd odum alışmış əgər, Nə xoş ki, eşq nihalım gül açdı, verdi səmər.
Verib sənə, gözəlim, istərəm xilası olam, O qəlbi kim, mənə hər gün verər əzabü kədər.
Salınca sayə pərişan o saçların başıma, Məhəbbətin quşu pərvaz üçün açar şəhpər.
Yaxıldım eşq oduna, görmədim vəfa ondan, Gül açsa da o ağac, vermədi nə bar, nə bəhər.
Başı bəlalıların ah oxu keçər daşdan, Sən, ey gözəl, niyə ahimdən etməzsən həzər?
Sevinclə parçaladım sinəmi, dedim: gəl vur, Qəminlə parə olan dərdli qəlbimə xəncər.
Məni sənin baxışın şövqü etdi xanəxərab, Xərab halıma sal barı şəfqət ilə nəzər.
Füzuli dərmədi bir gül də eşq bağından, Fəğanı etmədi daş qəlbli nigarə əsər.