Əsas məzmuna keç

Qəzəl

Könüldə eşqini can tək dilərdim

Şah İsmayıl Xətai

1

Könüldə eşqini can tək dilərdim, Saçın küfrini iman tək dilərdim.

Könül bimar olanda hicr odunda Vüsalın dərdə dərman tək dilərdim.

Mənəm dil təşnə səhralərdə daim, Ləbini abi-heyvan tək dilərdim.

Qalanda zülməti-hicran evində Cəmalın şəm’i-taban tək dilərdim.

Xətayi varsa vəslin gülşəninə, Boyun sərvi-xuraman tək dilərdim.

Lüğət: Küfr – inamsızlıq, kafirlik; Bimar – xəstə; Hicr – ayrılıq; Dil – ürək; Təşnə – susuz; Abi – həyat – dirilik suyu; Taban – parlaq; Vəsl – qovuşmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.