Könüldə, canda eylər ol pərinin dərdini pünhan
Könüldə, canda eylər ol pərinin dərdini pünhan, O kəs kim, gizlədə bilsin odu xaşak ilə asan.
Necə tərkəşdən ox, mən sinədən ah üstə ah çəkdim, Bu həsrətlə ki, vursun sinəmə ox üstə ox canan.
Üzüm qanla bəzəndi, ey gözəl, bir laləzar oldu Ki, sən seyrə çıxanda lalə tək öpsün ayağından.
Könül, zöhdü riyadan zərrəcə bir kimsə xoşlanmaz, Uzaqlaş bu əməllərdən, behəqqi, xaliqi-sübhan!
Gecə röyadə gördüm könlümü zülfündə sərgəştə, Pərişandır yuxum, qaldım özüm təbirinə heyran.
Bu varlıq dərdini, bəsdir, Füzuli, bunca çəkdin sən, Əri qəmdən ki, hər altı cəhətdən rahət olsun can.