Əsas məzmuna keç

Qəzəl

Könül, xəstə vü mən zaram səninçün

İmadəddin Nəsimi

1

Könül, xəstə vü mən zaram səninçün Rəvan məcruhü bimaram səninçün.

Əlac eylə, əlindən vardım, ey dust, Qəmim yegil ki, qəmxaram səninçün.

Nə oldu əzmi-mehmanxanə qılsan, Ürək yağını yaxaram səninçün.

Əridi iliyim, sındı sümüyüm Tənimdən can gedər, yarım, səninçün.

Əzəldən bu mənə qismət qalıbdır Ki, hicr oduna yanaram səninçün.

Çü bülbül düşübəm gülşəndən ayrı, Yenə həmsöhbəti-xaram səninçün.

Sənin eşqin məni məndən alıbdır, Tənimdən külli-bizaram səninçün.

Nəsimini soyarlar Şam içində, Fəğan eylər, giriftaram səninçün.

______________________Milli Kitabxana_______________________

Lüğət: Məcruh – Yaralı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.